10 noyabr 2023 17:02
385

Şəhid övladının da daxil olduğu komanda Dünya Robot Olimpiadasında uğur qazanıb FOTO

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Abakar Hacıyevin oğlu, Zaqatala şəhər akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Hacı Hacıyevin də daxil olduğu “Village Boys” komandası Panamada keçirilən Dünya Robot Olimpiadasında “Future İnnovators – Junior” kateqoriyası üzrə ikinci yeri tutub.

“İki sahil” xəbər verir ki,  bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşı Mahal Məmmədov məlumat verib.

Onun sözlərinə görə, 5 qitədən 84 ölkənin 450 komandasının iştirak etdiyi dünyanın ən böyük Robot Olimpiadasında Azərbaycan 8 komanda ilə təmsil olunub.

Olimpiadada “Future İnnovators – Senior” kateqoriyası üzrə “Caspian Rescuer” komandası isə 7-ci yerə layiq görülüb.