10 noyabr 2023 23:53
419

Azərbaycan millisi Birmingemdə dünya çempionu olub- FOTO

Azərbaycan yığması Böyük Britaniyanın Birmingem şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında qızıl medal qazanıb.

“İki sahil” xəbər verir ki, Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Elnur Məmmədovdan ibarət heyət tamblinq üzrə komanda hesabında çempion olub.

Qeyd edək ki, bu Azərbaycan gimnastikası tarixində bir ilkdir.