15 noyabr 2023 13:29
270

ABŞ səfiri Ermənistan-Azərbaycan sərhədinə gəlib

ABŞ-ın Ermənistandakı səfiri Avropa İttifaqının (Aİ) Ermənistandakı Monitorinq Missiyası ilə birgə Azərbaycanla həmsərhəd olan Tavuş bölgəsində olub.

“İki sahil” xəbər verir ki, bu barədə Aİ-nin Monitorinq Missiyasının mətbuat xidməti məlumat yayıb.

"ABŞ səfiri Kristina Kvien Tavuş vilayəti ərazisində patrul xidməti üçün Aİ-nin Monitorinq Missyasına qoşulub. Səfər Missiyanın İcevandakı ofisi tərəfindən həyata keçirilib", - məlumatda qeyd olunub.