Avro-2024-ün seçmə mərhələsində İsveçlə keçirilən oyundan əvvəl Azərbaycan millisinin sabiq üzvlərinə təşəkkür plaketi təqdim olunub.
“İki sahil” xəbər verir ki, bu il peşəkar karyerasını başa vuran Əfran İsmayılov, Rauf Əliyev, Elvin Məmmədov, Rahid Əmirquliyev və millidəki karyerasını bitirən Riçard Almeydaya plaket və Azərbaycan millisinin forması verilib. Ruslan Abışov isə mərasimə qatılmayıb.
Tədbirdə AFFA-nın baş katibi Sərxan Hacıyev, gənclər və idman naziri Fəriq Qayıbov iştirak ediblər.
"Sabah” – “Barselona” oyunu ilə əlaqədar müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir