Bu ilin noyabrın 1-nə 34 auditor təşkilatı və 12 sərbəst auditor Azərbaycan Auditorlar Palatasına olan üzvlük haqqını qismən ödəyib.
“İki sahil” xəbər verir ki, bu barədə Auditorlar Palatasından bildirilib.
“Üzvlük haqqı üzrə borcunu gələn ilin yanvarın 10-dək ödəməyən üzvlər barəsində inzibati tənbeh tədbirləri görüləcək. Ümumiyyətlə noyabrın əvvəlinə olan vəziyyətə görə, Auditorlar Palatası üzvləri tərəfindən cari il üçün üzvlük haqqının 80 % ödənilib”, - palatadan bildirilib.
Xatırladaq ki, hazırda 157 auditor təşkilatı və 70 sərbəst auditor palatanın üzvüdür.