Direktor Leyla Əsədullayeva çıxış edərək qrup üzvləri ilə görüşün Azərbaycan üçün əlamətdar olan 17 noyabr Milli Dirçəliş gününə təsadüf etdiyini vurğulayıb.
“İki sahil”in məlumatına görə, o, qeyd edib ki, Azərbaycan xalqı həmişə öz iradəsinə sahib çıxaraq tarixin ən çətin dönəmlərində doğru qərar verməyi bacarıb.Xalqımızın birlik və cəsarət rəmzi olan Dirçəliş günü Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dönəmində həmişə hörmət və ehtiramla anılıb.
Qrup üzvlərinin səmərəli fəaliyyəti barədə söhbət açan Leyla Əsədullayeva "Fidan" rəqs qrupunun Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar təşkil olunan Uşaq İncəsənət Festivalındakı iştiraklarını yüksək qiymətləndirib.Məhz bu iştirakın qrup üzvləri üçün gələcək uğurların başlanğıcı olacağını vurğulayıb.Mədəniyyət mərkəzinin özfəaliyyət rəqs qrupunun üzvlərinin istəkləri dinlənilərək,mərkəzin gələcək fəaliyyətində üzvlərə rəqs və plastika qabiliyyətlərinin inkişafında dəstək göstəriləcəyi qeyd edilib.Sonda "Fidan" rəqs qrupunun üzvlərinə Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzi adından mükafatlar təqdim olunub.