18 noyabr 2023 19:56
344

Bakı-Quba yolunda avtomobil betona çırpılıb - FOTO

Bakı-Quba yolunda qəza baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə APA məlumat yayıb.

Qeyd edilib ki, yol-nəqliyyat hadisəsi yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

99 BM 466 dövlət qeydiyyat nişanlı, “Opel” markalı avtomobil idarəetmədən çıxaraq beton maneələrə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitəsi deformasiya uğrayıb, ciddi ziyan dəyib. Qısa müddətdə Bakı-Quba Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunda tıxac yaranıb. Nəqliyyat vasitəsi hadisə yerindən kənarlaşdırılaraq avtomobillərin hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.