19 noyabr 2023 21:11
321

Azərbaycan əsilli sürücü Türkiyədə ağır yol qəzasında ölüb

Türkiyənin Ərzurum vilayətində ağır yol qəzasında Azərbaycan vətəndaşı ölüb.

“İki sahil” xəbər verir ki, Azərbaycan əsilli, 37 yaşlı V. N.-in (ad və soyadı açıqlanmır-red) idarə etdiyi yük avtomobili Oltu-Tortum magistral yolunda idarəetmədən çıxaraq əvvəlcə maneələrə çırpılıb, sonra isə aşıb.

Hadisə yerinə xilasedicilər, jandarm və təcili tibbi yardım cəlb edilib. Ağır xəsarət alan sürücü Tortum Dövlət Xəstəxanasına aparılıb. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.