20 noyabr 2023 10:55
403

Azərbaycanda neft-qaz sektoruna investisiyalar 20%-dən çox artıb

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanın neft-qaz sektoruna 4 913,5 mln. manat həcmində vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən "İki sahil"ə verilən məlumata görə, 2022-ci ilin müvafiq dövrü ilə nisbətən neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 20,4% artıb.

Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 5 400,4 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 6,3% azdır.