İsveç millisinin baş məşqçisi Yanne Andersson istefa verib.
“İki sahil” xəbər verir ki, bunu 61 yaşlı mütəxəssis AVRO-2024-ün seçmə mərhələsində Estoniya (2:0) ilə keçirilən oyundan sonra açıqlayıb.
2016-cı ildən skandinaviyalıları çalışdıran Yanne Andersson final mərhələsinə vəsiqə qazana bilmədikləri üçün bu addımı atdığını bildirib.
Qeyd edək ki, Azərbaycan millisinin də yer aldığı F qrupunda İsveç 10 xalla üçüncü yeri tutub. 7 xala malik yığmamız 4-cü olub. Bu komandalar arasında Solnada keçirilən görüşdə İsveç 5:0, Bakıda baş tutan matçda isə Azərbaycan 3:0 hesablı qələbə qazanıb.
"Sabah” – “Barselona” oyunu ilə əlaqədar müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir