2023-cü ilin oktyabr ayında Azərbaycana idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 410.26 manat təşkil edib.
“İki sahil”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin orta qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə 27.9% və ya 158.89 manat azalıb. Belə ki, 2022-ci ilin oktyabr ayında ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 569.15 manat təşkil edib.
Xatırladaq ki, bu ilin oktyabr ayında ölkəyə idxal edilən buğdanın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 26% azalaraq 156 947 ton təşkil edib.
Qeyd edək ki, cari ilin sentyabr ayında Azərbaycana gətirilmiş buğdanın orta idxal qiyməti 404.35 manata bərabər olub.
Mərkəzi Asiya ölkələrindən Azərbaycana turist axını il ərzində 12 %-dən çox artıb
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub