21 noyabr 2023 15:22
330

YAP Ağdaş rayon təşkilatının təşəbbüsü ilə ağacəkmə aksiyası keçirilib - FOTO

YAP Ağdaş rayon təşkilatının təşəbbüsü ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin  100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

“İki sahil” xəbər verir ki, aksiyada YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, rayon təşkilatının ilk sədri olmuş Qalib Həsənov və partiya fəaları iştirak ediblər. Aksiya iştirakçılar əvvəlcə ümummilli lideri Heydər Əliyevin rayon mərkəzində ucalan abidəsini ziyarət edib, abidə önünnə gül dəsətləri düzüblər.

Aksiya çərçivəsində Heydər Əliyev  prospekti və Heydər Əliyev meydanında müxtəlif növ ağac tingləri  əkilmiş, yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir.