İspaniyanın “Real” klubunun prezidenti Florentino Peres Avropa Superliqası layihəsini bərpa etmək qərarına gəlib.
“İki sahil” xəbər verir ki, futbol funksioneri İngiltərə klublarının turnirə qatılıb-qatılmamasından asılı olmayaraq, layihəni həyata keçirəcək.
Peres bunun üçün UEFA ilə Superliqa arasındakı məhkəmənin nəticəsini gözləyir. Avropa İttifaqının Ədalət Məhkəməsi dekabrın 21-də məsələ ilə bağlı son qərarını açıqlayacaq.
Qeyd edək ki, daha əvvəl İspaniyanın “Real”, “Barselona” və İtaliyanın “Yuventus” klublarının Avropa Superliqasını yaratmaq cəhdləri uğursuz alınıb.
"Sabah” – “Barselona” oyunu ilə əlaqədar müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir