Azərbaycanın strateji valyuta ehtiyatları beynəlxalq qəbul edilmiş kifayətlilik normalarını üstələyib. Belə ki, 2023-cü ilin sentyabr ayının 29-na ölkənin strateji valyuta ehtiyatları 34 aylıq mal və xidmət idxalına kifayət edib. (2023-cü ilin I yarısı üzrə mal və xidmət idxalı götürülməklə).
Bu barədə “İki sahil” Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”na istinadən xəbər verir.
Qeyd edək ki, strateji ehtiyatlar manatla pul kütləsini (M2) 3.4 dəfə üstələyib. (2023-cü ilin 9 ayının yekunu üzrə olan M2 pul aqreqatı götürülməklə).
Mərkəzi Asiya ölkələrindən Azərbaycana turist axını il ərzində 12 %-dən çox artıb
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub