Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.
"İki sahil" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Almaniyada "Bavariya" və Danimarkanın "Kopenhagen" klublarının U-19 komandaları arasında keçiriləcək Gənclər Liqasının A qrupunun matçını idarə edəcək.
Məsiyevə Pərvin Talıbov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasının Mixael Baxer (Almaniya) yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma noyabrın 29-da Münhendə təşkil olunacaq.
"Sabah” – “Barselona” oyunu ilə əlaqədar müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir