23 noyabr 2023 14:14
428

Bərdədə yas mərasimində bədbəxt hadisə baş verib - FOTO

Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq rayon mərkəzi xəstəxanasına yerləşdirilənlərin sayı 27-yə çatıb.

TƏBİB-dən verilən məlumata görə, vəziyyəti qənaətbəxş hesab olunan 2 nəfər ambulator müalicə üçün evə buraxılıb. Digər şəxslərin müalicələri davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, 2 nəfərin vəziyyəti orta ağır, 21 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir. Bir nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb.

Əlavə məlumat veriləcək.

***

Bərdə rayonunda yas mərasimi zamanı bədbəxt hadisə baş verib.

“İki sahil” xəbər verir ki, rayonun Yenidaşkənd kəndində yas mərasiminə gələn qonaqlar evin ikinci mərtəbəsindəki otaqlardan birində toplaşıblar. Qəfildən ağırlığa dözməyən döşəmə çöküb. Nəticədə xeyli insan yaralanıb.

Hazırda yaralıların Təcili Tibbi Yardım avtomobilləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına daşınması həyata keçirilir.