24 noyabr 2023 10:23
321

“Qarabağ”ın oyunu azad olunan Laçının kinoteatrında!

"Qarabağ”ın oyunu azad olunan Laçın şəhərində kinoteatrda yayımlanacaq.

“İki sahil” xəbər verir ki, bu haqda şəhərdə yerləşdirilən elanlarda bildirilib. Noyabrın 30-da Avropa Liqasının “Molde” (Norveç) - “Qarabağ” (Azərbaycan) matçı “Laçıncinema” kinoteatrında nümayiş etdiriləcək. 

Girişin pulsuz olacağı da bildirilib.

Qeyd edək ki, “Qarabağ”ın oyunu ilk dəfədir Laçında kinoteatrda nümayiş etdiriləcək.

Xatırladaq ki, “Mölde” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.