“Kəpəz”in idman direktoru Mehman Allahverdiyev klubdan ayrılıb.
“İki sahil” xəbər verir ki, bu barədə 63 yaşlı mütəxəssis özü məlumat verib.
O bildirib ki, idman direktoru vəzifəsini tərk edib. Lakin veteran futbolçu hələ ki, Gəncə təmsilçisinin İdarə Heyətinin üzvü kimi işini davam etdirdiyini vurğulayıb.
Qeyd edək ki, Mehman Allahverdiyev 2022-ci ilin yayında “Kəpəz”in idman direktoru vəzifəsinə təyin olunmuşdu.
"Sabah” – “Barselona” oyunu ilə əlaqədar müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir