2023-cü ildə Azərbaycanda 1,5 % iqtisadi artım proqnozlaşdırılır.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
"O cümlədən qeyri-neft-qaz sektoru üzrə 2,5 % artım nəzərdə tutulub", - deyə o qeyd edib.
Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 100,9 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 % çox ümumi daxili məhsul istehsal olunub. Son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,3 % azalıb, qeyri-neft-qaz sektorunda isə 3,1 % artıb.
T.Mirkişilinin sözlərinə görə, bu il ölkədə iqtisadi artım tempinin ötən ilə nisbətən aşağı olması, o cümlədən neft-qaz sektorunda azalma qeydə alınması neft hasilatı həcminin və neft qiymətlərinin aşağı düşməsi ilə bağlıdır.
"Biz neft-qaz sektorunu nəzərə almasaq iqtisadi artım planlaşdırılmış gözləntilərə uyğundur. Təbii ki, rəqəmlər də, artım da önəmlidir, ancaq iqtisadiyyatın keyfiyyət dəyişiklikləri daha önəmlidir, çünki qeyri-neft sektorunun, sahibkarlığın inkişaf etdirilməsi, neftdən daha çox digər mənbələrdən turizmdən, tranzitdən, ümumilikdə qeyri-neft-qaz sektorundan gəlirlərinin artması növbəti illərdə bundan daha çox iqtisadi artıma nail olmağa imkan verəcək", - deyə o əlavə edib.
2026-2027-ci il əkin mövsümündən etibarən yerli toxumçuluğun təşviqi üçün yeni mexanizmlər tətbiq olunacaq
Ballıca və Xanyurdu kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün növbəti müraciətlərin qəbuluna başlanır
Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?
“The Digital Banker” ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Çinlə genişlənən iqtisadi əməkdaşlıq Azərbaycana hansı dividendləri qazandırır?