Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala 15 725,9 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 16,5 % çox vəsait yönəldilib.
“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə neft-qaz sektoruna investisiyalar 24,7 %, qeyri neft-qaz sektoruna investisiyalar isə 12,5 % artıb.
Hesabat dövründə istifadə olunmuş vəsaitin 9 422,3 milyon manatı və yaxud 59,9 %-i məhsul istehsalı sahələrinə, 5 498,6 milyon manatı və yaxud 35 %-i xidmət sahələrinə, 805 milyon manatı və yaxud 5,1 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 12 207,7 milyon manatını və yaxud 77,6 %-ni daxili vəsaitlər təşkil edib, 11 463,6 milyon manatı və yaxud 72,9 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
11 ay ərzində əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 46,1 %, büdcə vəsaitləri 40,5 %, əhalinin şəxsi vəsaitləri 6,3 %, bank kreditləri 2,5 %, sair vəsaitlər isə 4,6 % paya malik olub.
2026-2027-ci il əkin mövsümündən etibarən yerli toxumçuluğun təşviqi üçün yeni mexanizmlər tətbiq olunacaq
Ballıca və Xanyurdu kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün növbəti müraciətlərin qəbuluna başlanır
Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?
“The Digital Banker” ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Çinlə genişlənən iqtisadi əməkdaşlıq Azərbaycana hansı dividendləri qazandırır?