Mingəçevirdə "Azərbaycan" istilik elektrik stansiyasının (İES) ərazisində inşa olunan Cənubi Qafqazın ən böyük eyni tipli stansiyası 2025-ci ilin I yarısında istifadəyə veriləcək.
“İki sahil” xəbər verir ki, bunu "Azərenerji" ASC-nin prezidenti Baba Rzayev bildirib.
"Yeni stansiyanın tikintisi qrafikə uyğun aparılır", - deyə o qeyd edib.
Bundan başqa, B.Rzayev deyib ki, işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji mənbələrinin isə salınması üzərində işlər gedir: "Yaxın zamanlarda yeni açılışların şahidi olacaqsınız. Cəbrayılda BP şirkəti ilə birlikdə 200 mVt gücündə günəş elektrik stansiyasının tikintisi nəzərdə tutulub. İnşaat işləri başlamaq üzrədir".
2026-2027-ci il əkin mövsümündən etibarən yerli toxumçuluğun təşviqi üçün yeni mexanizmlər tətbiq olunacaq
Ballıca və Xanyurdu kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün növbəti müraciətlərin qəbuluna başlanır
Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?
“The Digital Banker” ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Çinlə genişlənən iqtisadi əməkdaşlıq Azərbaycana hansı dividendləri qazandırır?