Ötən il "Azərbaycan Dəmir Yolları" QSC (ADY) və İsveçrənin “Stadler” şirkəti arasında imzalanmış müqaviləyə uyğun olaraq gətirilməsi nəzərdə tutulan 10 qatarın 4-ü bu ilin sonuna qədər təhvil veriləcək.
“İki sahil” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda onların 1-i Bakıdadır: “Daha 1 qatar isə bu gün sərhəddən keçib. Digər ikisinin isə hazırlıqları bitmək üzrədir. Qalan altı qatarın istehsalı ilə bağlı son işlər görülür”.
O qeyd edib ki, 2024-cü ilin sonuna qədər bu qatarlar da təhvil veriləcək: “Bu il gətirilən 4 qatarın sınaqlarından sonra 2024-cü ilin mart ayından istifadəyə veriləcək”.
2026-2027-ci il əkin mövsümündən etibarən yerli toxumçuluğun təşviqi üçün yeni mexanizmlər tətbiq olunacaq
Ballıca və Xanyurdu kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün növbəti müraciətlərin qəbuluna başlanır
Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?
“The Digital Banker” ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Çinlə genişlənən iqtisadi əməkdaşlıq Azərbaycana hansı dividendləri qazandırır?