ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2023-2024-cü illər üçün maye karbohidrogenlərin gündəlik qlobal tələbatı üzrə proqnozunu azaldıb.
"İki sahil"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, gələn il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 102,34 mln. barel səviyyəsində olacaq, bu da öncə verilən proqnozdan 0,1 mln. barel azdır. Beləliklə, 2023-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 2024-cü ildə qlobal tələbat üzrə artım 1,34 mln. barel təşkil edə bilər.
Hesabata əsasən, bu il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 101 mln. barel səviyyəsində olacaq ki, bu da əvvəlki proqnoz göstəricisindən 0,04 mln. barel azdır. 2022-ci ilin göstəricisi ilə müqayisədə 2023-cü ildə qlobal tələbat üzrə artım 1,85 mln. barel təşkil edəcək.
Qeyd olunur ki, 2022-ci ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 99,15 mln. barel olub, bu da illik müqayisədə 1,59 mln. barel çoxdur.
Xatırladaq ki, 2021-ci ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 97,56 mln. barel olub. 2020-ci ildə qlobal gündəlik istehlak 91,81 mln. barel təşkil edib, 2019-cu ildə isə bu göstərici 101,23 dollar səviyyəsində olub.
Beləliklə, EIA məlumatlarını nəzərə alaraq, belə bir qənaətə gəlmək olar ki, maye karbohidrogenlərə olan tələbat koronavirus pandemiyasından əvvəlki səviyyəni bu il yox, gələn il ötəcək.
2026-2027-ci il əkin mövsümündən etibarən yerli toxumçuluğun təşviqi üçün yeni mexanizmlər tətbiq olunacaq
Ballıca və Xanyurdu kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün növbəti müraciətlərin qəbuluna başlanır
Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?
“The Digital Banker” ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Çinlə genişlənən iqtisadi əməkdaşlıq Azərbaycana hansı dividendləri qazandırır?