Prezident İlham Əliyev “Elektroenergetika haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
“İki sahil”in məlumatına görə, yenilənmiş qanunda deyilir ki, Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və yaxud tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və yaxud tikilməkdə olan tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması qadağandır.
Bu qanun yanvarın 1-dən qüvvəyə minir.
Agentliyin nümayəndələri Koreya Respublikasında keçirilən dövlət satınalmaları üzrə təlimdə iştirak ediblər
Türkiyənin “Limak Group” şirkətinin rəhbərliyi Azərbaycanın əlverişli işgüzar və investisiya mühiti barədə məlumatlandırılıb