28 dekabr 2023 16:49
323

Gələn ildən tütün idxal və istehsal edən sifarişçilər “Təqib və İzləmə” sisteminə qoşulmalıdır

Tütün məmulatlarını Azərbaycan Respublikasına idxal edən və ya ölkə ərazisində istehsal edən bütün sifarişçilər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat (“Təqib və İzləmə”) Sisteminə qoşulmalıdır.

“İki sahil”in məlumatına görə, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun tətbiqi barədə” imzaladığı fərmanda əksini tapıb.

Fərmana əsasən, İqtisadiyyat Nazirliyi tütün məmulatlarını Azərbaycan Respublikasına idxal edən və ya ölkə ərazisində istehsal edən bütün sifarişçilərin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat (“Təqib və İzləmə”) Sisteminə qoşulmasını 2024-cü il iyulun 1-dək təmin etməlidir.