2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 64 milyon 771 min dollar dəyərində 12 477 ton çay idxal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 5.2%, dəyər baxımından isə 5,9% azdır.
“İki sahil”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycandan 5 milyon 906 min dollar dəyərində 649 ton çay ixrac olunub ki, bu da illik müqayisədə həcm baxımından 46%, dəyər baxımından isə 2.6 dəfə azalıb.
Qeyd edək ki, 2022-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycan 10 milyon 976 min dollar dəyərində 1719 ton çay ixrac, 68 milyon 802 min dollar dəyərində isə 13 155 ton çay idxal edib.
Bu dövrdə çayın 1 tonunun orta idxal qiyməti 5229 dollar, ixracının qiyməti isə 9087 dollar təşkil edib. Beləliklə çayın ixrac qiyməti idxal qiymətindən 73% çox olub.
Xatırladaq ki, 2023-cü ilin yanvar-noyabr aylarında ölkədə 10 588 ton çay istehsal edilib.
Əlavə edək ki, hesabat dövründə çay ixracı Azərbaycanın ümumi ixracının 0,02%-ni, çay idxalı isə ölkənin ümumi idxalının 0,41%-ni təşkil edib. Bu dövrdə idxal ixracı 19.2 dəfə üstələyib.
Agentliyin nümayəndələri Koreya Respublikasında keçirilən dövlət satınalmaları üzrə təlimdə iştirak ediblər
Türkiyənin “Limak Group” şirkətinin rəhbərliyi Azərbaycanın əlverişli işgüzar və investisiya mühiti barədə məlumatlandırılıb