Bu gün İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) yaradılmasından 5 il ötür.
“İki sahil”in AZPROMO-ya istinadən verdiyi məlumata görə, 28 dekabr 2018-ci il tarixində "İxracın və investisiyaların təşviqi sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında" Azərbaycan Prezidentinin 451 nömrəli Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO yaradılıb.
Xatırladaq ki, AZPROMO 2003-cü ildə İqtisadiyyat Nazirliyi tərəfindən qeyri-neft sektoruna xarici investisiyaların cəlbi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu olaraq təsis edilib. 2018-ci ildə Azərbaycan Prezidentinin 451 nömrəli Fərmanı ilə sözügedən Fond ləğv edilərək, onun maddi-texniki bazası əsasında publik hüquqi şəxs statuslu Agentlik yaradılıb.
Agentliyin nümayəndələri Koreya Respublikasında keçirilən dövlət satınalmaları üzrə təlimdə iştirak ediblər
Türkiyənin “Limak Group” şirkətinin rəhbərliyi Azərbaycanın əlverişli işgüzar və investisiya mühiti barədə məlumatlandırılıb