2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsi 622 milyon 239 min dollar təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 37% çoxdur.
“İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycandan Rumıniyaya ixracın həcmi 2022-ci ilin ilk 11 ayı ilə müqayisədə 45.3% artaraq 561 milyon 748 min dollara bərabər olub. Eyni dövrdə Rumıniyadan Azərbaycana ixracın həcmi isə 10.2% azalaraq 60 milyon 491 min dollar təşkil edib.
Qeyd edək ki, cari ilin ilk11 ayı ərzində Azərbaycandan Rumıniyaya 40 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.
Xatırladaq ki, bu dövrdə Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 47.3 milyard dollar təşkil edib.
Agentliyin nümayəndələri Koreya Respublikasında keçirilən dövlət satınalmaları üzrə təlimdə iştirak ediblər
Türkiyənin “Limak Group” şirkətinin rəhbərliyi Azərbaycanın əlverişli işgüzar və investisiya mühiti barədə məlumatlandırılıb