28 may 2016 18:38
233

Sutka ərzində atəşkəs rejimi 26 dəfə pozulub

Mayın 28-də erməni silahlı bölmələri iriçaplı pulemyotlardan da istifadə etməklə cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini ümumilikdə 26 dəfə pozub.

Müdafiə Nazirlinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistan Respublikasının Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Yarımca, Çiləbürt, Ağdam rayonunun Şuraabad, Yusifcanlı, Nəmirli, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.