29 dekabr 2023 15:03
305

NİİM sürücü və sərnişinlərə müraciət edib

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.

“İki sahil” xəbər verir ki, müraciətdə deyilir:

"İstər sürücü, istərsə də sərnişin ol. Avtomobildə olarkən təhlükəsizlik kəmərindən istifadə et. Çünki o səni təhlükədən qoruyacaq.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar tətil günlərində səfərə gedən zaman təhlükəsizlik kəmərindən istifadə etməklə həm özünüzün, həm də yaxınlarınızın həyatını qoruyun!"