29 dekabr 2023 15:45
325

Maliyyə Nazirliyi: 2024-cü ildə Azərbaycanda real ÜDM 2,4 % artacaq

Gələn il Azərbaycanın ümumi daxili məhsulun (ÜDM) real artım tempi 2,4 % təşkil edərək 118,4 milyard manata çatacağı gözlənilir.

“İki sahil” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “Vətəndaşın büdcə bələdçisi”ndə bildirilib.

Məlumata görə, qeyri-neft-qaz sektoru üzrə ÜDM 4,6 % artaraq 84,2 milyard manata yüksələcəyi proqnozlaşdırılır.