07 yanvar 2024 11:19
324

Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsi 730 milyon dolları ötüb

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsi 738 milyon 966 min ABŞ dolları təşkil edib.

"İki sahil”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 73% və ya 311.8 milyon dollar artıb. Belə ki, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanla Türkmənistanın ticarət dövriyyəsinin həcmin 427 milyon ABŞ dolları olub.

Hesabat dövründə Azərbaycandan Türmənistana ixracın həcmi 4 dəfə artaraq 77.3 milyon dollara, Türkmənistandan Azərbaycana ixracın həcmi isə 62.4% artaraq 661.6 milyon dollara bərabər olub.

Qeyd edək ki, Türkmənistan Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi ölkələr sırasında altıncı yerdədir.

Xatırladaq ki, bu dövrdə Türkmənistanla ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1.56%-ni təşkil edib.