07 yanvar 2024 15:07
324

AYNA: Gömrük-sərhəd məntəqələrində 100 yük maşını gözləyir

Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 9 yük maşını var.

"İki sahil”in Azərbaycan Yerüstü Nəqliyyat Agüentliyinə (AYNA) istinadən xəbərinə görə, hazırda “Biləsuvar” gömrük postunda 28, “Qırmızı Körpü” gömrük postunda 0, “Mazımqara” gömrük postunda 17, “Samur” gömrük postunda 40 və “Xanoba” gömrük postunda 6 yük maşını var.