29 yanvar 2024 13:23
604

Azərbaycan və Almaniya arasında COP29-a hazırlıq prosesi müzakirə edib

Almaniyanın xarici işlər nazirinin müavini Cennifer Morqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Bu barədə “İki sahil”ə  nazirlikdən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi mötəbər tədbir olan BMT-nin iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransına (COP29) hazırlıq prosesi üzrə fikir mübadiləsi aparılıb.