13 fevral 2024 15:29
869

Belluçi və 19 yaşlı model qızı Deva...

59 yaşlı məşhur italiyalı aktrisa Monika Belluçi və 19 yaşlı model qızı Deva Kassel birlikdə görüntüləniblər.

“İki sahil” xəbər verir ki, tanınmış ana-qız Parisdə “Cartier” brendinin “Trinity” kolleksiyasının 100 illik yubileyi münasibətilə təşkil olunmuş tədbirdə iştirak edib.

Onların fotoları böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Deva Monika Belluçinin fransız aktyor Vensan Kassellə nikahından dünyaya gəlib. Onların evliliyi 14 il davam edib.