Rusiya Silahlı Qüvvələri bu gün Ukrayna ərazisini raket atəşinə tutub, Donetsk vilayətinin Selidovo şəhərinə endirilən zərbələr nəticəsində 3 nəfər ölüb, 12 nəfər yaralanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.
Bildirilib ki, yaşayış binasına və xəstəxanaya raket zərbəsi nəticəsində üç xəstə ölüb, onlardan biri 8 yaşlı uşaq, digəri isə onun anası və hamilə qadın olub. Həmçinin 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ərazidə axtarış-xilasetmə işləri başa çatıb.