Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclası keçiriləcək.
“İki sahil” xəbər verir ki, bunu Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz Əli Əsədovu Baş nazir təyin edilməsi münasibətilə təbrikində bildirib.
“Qarşıdakı dövrdə təşkil edəcəyimiz iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası ilə bağlı Sizi ölkəmizdə qonaq etməkdən duyacağım məmnunluq hissini də qeyd etmək istəyirəm” – deyə Cevdet Yılmaz qeyd edib.
Qeyd edək ki, komissiyanın Azərbaycan tərəfdən həmsədri Baş nazir Əli Əsədovdur.
Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib
Qlobal Şuşa Media Forumu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əhəmiyyətli körpüdür
Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir