19 fevral 2024 11:57
498

Astarada 60 yaşlı qadını yük avtomobili vurub- FOTO

Astara rayonunda 60 yaşlı qadını yük avtomobili vurub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “İki sahil”ə verilən məlumata görə, fevralın 19-da saat 10 radələrində Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində Ramil Məmmədov idarə etdiyi "DAF" markalı yük avtomobili ilə 1964-cü il təvəllüdlü, Ərçivan qəsəbə sakini Xatun Hüseynovanı vurub.

X.Hüseynova aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.