İtaliya Respublikasının müdafiə naziri Quido Krosetto dövlətimizin başçısı İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib.
“İki sahil” xəbər verir ki, Quido Krosetto bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Azərbaycan Prezidentinə ən xoş arzularını çatdıran italiyalı nazirin paylaşımında deyilir: “Azərbaycan Avrasiya məkanında mərkəzi rol oynayır. Biz ölkələrimizi birləşdirən strateji tərəfdaşlıq sayəsində indiyə qədər tutduğumuz yolda əməkdaşlığı inkişaf etdirməyə davam edəcəyik”.
Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib
Qlobal Şuşa Media Forumu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əhəmiyyətli körpüdür
Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir