Almaniyada nəşr olunan “Stern” jurnalı ABŞ prezidenti Co Baydeni ayaqlı əsa ilə çəkib.
“İki sahil” nəşrə istinadla xəbər verir ki, yaşlı Bayden özünəməxsus hərəkətləri və sözləri ilə müntəzəm olaraq dünya gündəmindədir. Bu dəfə Bayden Almaniyada nəşr olunan “Stern” jurnalının üz qabığında yer alıb.
Jurnal onun yaşlı olmasına diqqət çəkərək manşetlərə çıxarıb.
Unutqan olması və ölkəsinin liderlərini belə səhv salması ilə diqqət çəkən Baydenin sözügedən şəklində arxada köməkçisi Kamala Harris və ölkənin əvvəlki prezidenti Barak Obama, onun həyat yoldaşı Mişel Obama da var.
Günel Cəlilova, "İki sahil"