ABŞ-dakı Azərbaycan vətəndaşları yeni ümumvətəndaş pasportları ilə təmin ediliblər.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi məlumat yayıb.
Qeyd edilib ki, Səfirlik tərəfindən Çikaqo şəhərində səyyar konsulluq xidməti həyata keçirilib.
Səyyar konsulluq xidməti zamanı vətəndaşlarımız əsasən konsulluq qeydiyyatına alınaraq, yeni ümumvətəndaş pasportları ilə təmin edilib.