26 fevral 2024 18:12
436

Naxçıvan Dövlət Universitetinin tələbələri Xocalı həqiqətlərini dünyaya 7 dildə çatdırıblar - FOTO

Naxçıvan Dövlət Universitetində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan internet aksiyası keçirilib.

Universitetin rektoru Elbrus İsayev çıxış edərək bildirib ki, Xocalı soyqırımı qurbanlarının intiqamını rəşadətli Azərbaycan Ordusu döyüş meydanında aldı və Müzəffər Ali Baş Komandan İlham Əliyev Xocalı şəhərində Azərbaycanın üçrəngli şanlı Bayrağını dalğalandırdı. Rektor internet aksiyasını da Xocalı soyqırımının tələbə- gənclər tərəfindən elektron informasiya mübadiləsi, virtual əməkdaşlıq yolu ilə dünyaya çatdırılmasını yüksək qiymətləndirib.

Daha sonra çıxış edən universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Arzu Abdullayev gənc tələbələrə Xocalı soyqırımının tarixi haqqında ətraflı məlumat verərək keçirilən aksiyanın məqsəd və vəzifələri barədə danışıb.

İnternet aksiyasına başlayan tələbələr ingilis, fransız, alman, rus, ərəb, fars, Koreya dilində 100-dən çox xarici xəbər agentliyi və 20-dən çox  xarici ölkənin 100-ə yaxın elektron poçt ünvanına Xocalı faciəsi haqqında poster və məlumatlar göndəriblər, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına öz dəstəklərini nümayiş etdiriblər.

Əli Yarıyev,
Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə III kurs tələbəsi