Türkiyənin "Boluspor" klubunun futbolçusu Vüsal İsgəndərli Azərbaycan millisinə dəvət alıb.
"İki sahil" yerli mətbuata istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi martda “FIFA series–Edition 2024” turniri çərçivəsində Monqolustan və Bolqarıstana qarşı keçiriləcək matçlar üçün yığmaya cəlb ediləcək.
Qeyd edək ki, turnirin görüşləri Bakıda gerçəkləşəcək. Vüsal İsgəndərli son olaraq 2020-ci ilin sonlarında milliyə çağırılıb. O, ilin əvvəlində Bolu klubu ilə 1,5 illik müqavilə imzalayıb.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi