08 mart 2024 13:49
484

Juninyo Avroliqada həftənin ən yaxşısı olmağa namizəddir

Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb. 

“İki sahil” xəbər verir ki,  onların arasında “Qarabağ”ın futbolçusu Olavio Juninyo da var. 

Braziliyalı hücumçu “Bayer”lə görüşdə 1 qol vurub və 1 qolun ötürməsini verib.

Digər namizədlər isə Stefan Əl-Şəravi (“Roma”), Pyer-Emerik Obameyanq (“Olimpik” Marsel) və Darvin Nunyesdir (“Liverpul”).

Qalib UEFA-nın saytında azarkeşlərin səsverməsi nəticəsində müəyyənləşəcək.