Türkiyənin "Konyaspor" klubu futbolçusu Gökhan Töre ilə yollarını ayırıb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, ötən ilin sentyabr ayından "Konyaspor"da çıxış edən Türkiyə millisinin sabiq üzvü "ağ-yaşıllar"ın heyətində cəmi 3 oyunda meydana çıxıb.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi