Almaniyanın "Ştutqart" klubu baş məşqçisi Sebastyan Höneslə müqaviləni yeniləyib.
"İki sahil" Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssisin yeni sözləşməsi 2027-ci ilin yayına qədərdir.
Onun əvvəlki müqaviləsi 2025-ci ilin yayında başa çatacaqdı.
Qeyd edək ki, Hönes 2023-cü il aprelindən "Ştutqart"ı çalışdırır. Komanda hazırda Bundesliqada 50 xalla 4-cü pillədə qərarlaşıb.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi