Basketbol üzrə Azərbaycan Kubokunda IV tura yekun vurulub.
“İki sahil” xəbər verir ki, B qrupunda “Gəncə” və “NTD-İndiqo” kollektivləri üz-üzə gəliblər. “Sərhədçi” İdman Mərkəzində baş tutan görüş Xaçmaz təmsilçisinin 98:75 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün ikinci oyununda “Sabah” “Sərhədçi” ilə qarşılaşıb. Matç ikincilərin 87:82 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, hazırda “Sərhədçi” 7 xalla liderdir. “NTD-İndiqo” 6 xalla 2-ci, 5 xallı “Sabah” isə üçüncüdür. Əgər “Sabah” son oyunda “NTD-İndiqo”ya məğlub olarsa, “Sərhədçi” və Xaçmaz təmsilçisi yarımfinala vəsiqə qazanacaq.
Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub
Milli formanı geyinəndə artıq təkcə özün üçün deyil, bütün Azərbaycan üçün mübarizə aparırsan - Nihad Qasımov