11 mart 2024 16:00
447

Azad edilmiş ərazilərdə daha 191 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (04.03.2024 - 10.03.2024) açıqlanıb.

“İki sahil” xəbər verir ki,  ANAMA-dan verilən məlumata görə, Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 128 piyada əleyhinə mina, 63 tank əleyhinə mina, 316 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 997,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.