Məşhur britaniyalı müğənni və aktrisa Lili Allen karyerasını uşaqlarının dünyaya gəlməsindən sonra məhv etdiyini bildirib.
“İki sahil” "Lenta.ru"ya istinadla xəbər verir ki, o, bu barədə "RadioTimes" podkastında məlumat verib.

“Övladlarım karyeramı məhv etdilər. Mən onları sevirəm. Məni tamamlayırlar, amma “pop ulduz” karyerası nöqteyi-nəzərindən hər şeyi tamamilə məhv etdilər”, - deyə sənətçi bildirib.
"Daily Mail" xəbər verir ki, Allenin aktyor Sem Kuperlə evliliyindən 12 yaşlı Ethel Meri Kuper və 11 yaşlı Marni Rouz Kuper adlı iki qızı var.
Allen yaxşı ana olmaqla yanaşı, karyera sahibi olmağın da mümkünlüyünü deyən qadınları qınayıb: "İnsanların hər şeyə sahib ola biləcəyini söyləməsi məni çox qıcıqlandırır. Çünki edə bilməzsən".