12 mart 2024 15:39
421

Avropanın ən böyük kütləvi məzarlığı tapıldı - FOTO

Alimlər bəlkə də Avropanın ən böyük kütləvi məzarlığını aşkar ediblər.

Almaniyanın Nürnberq şəhərindəki ərazidə Avropa əhalisinin 60 faizinin ölümünə səbəb olan bubon taunundan ölən ən azı 1000 nəfərin cəsədi var.

“İki sahil” NTV-yə istinadla xəbər verir ki, bunu əhəmiyyətli bir kəşf kimi xarakterizə edən ekspertlər cəsədlərin XVII əsrin birinci yarısında baş verən amansız "bubon vəba" dalğasından sonra basdırıldığına inanırlar.

Nürnberq İrs Qoruma Ofisindən Melanie Langbein hər birində yüzlərlə cəsədin olduğu səkkiz vəba çuxurunun müəyyən edildiyini söylədi. 
Cəsədlər Nürnberqdə yeni qocalar evinin tikintisindən əvvəl aparılan qazıntılar zamanı aşkar edilib.

Mütəxəssislər hesab edirlər ki, burada 2 minə qədər, hətta daha çox skelet ola bilər.

Qazıntıya rəhbərlik edən arxeoloq Culian Deker deyib ki, ərazidə qəbirlərin olduğuna dair heç bir əlamət yox idi: “ Mən şəxsən sayın 2000 və ya daha çox olacağını gözləyirəm. Bu, Avropanın ən böyük kütləvi məzarlığıdır".